Paytaxtda klinikadan seyf oğurlandıbackend

Bakıda klinikadan seyf oğurlandı

Bakının Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən stomatoloji klinikanın rəhbərliyi aprelin 6-dan 14-dək olan müddətdə tibb müəssisəsindən oğurluq edildiyini aşkarlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Klinikanın rəhbəri T.Abdullayev aprelin 14-də polisə müraciət edərək, naməlum şəxslərin qapının açarını əldə edərək, tibb müəssisəsinə daxil olduqlarını və seyfi oğurladıqlarını deyib.

Xoşbəxtlikdən seyf boş olub. Lakin oğrular bunu seyfi açandan sonra biliblər.

Faktla bağlı tutulan yoxdur. Yasamal rayon 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, ötən gün ərzində törədilən 23 oğurluq faktının üçünün, daha əvvəl törədilənlərdən isə dördünün üstü açılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*