Paytaxtla yanaşı İraqın 4 şəhərində komendant saatı elan edilibbackend

Paytaxtla yanaşı İraqın 4 şəhərində komendant saatı elan edilib

İraq baş naziri iğtişaşlı və qanlı etiraz aksiyalardan sonra Bağdadla yanaşı 4 şəhərdə komendant saatı elan edib.

KONKRET.AZ SalamNews-a istinadla xəbər verir ki, bu barədə baş nazir Adil Əbdül-Mehdinin ofisindən bəyanat verilib.

Bildirilib ki, Bağdadla yanaşı ölkənin cənubundakı böyük şəhərlərdə komendant saatı elan edilib.

İraq Ordusu da hazırlıqlarını artırdığını bəyan edib.

Qeyd edək ki, son iki gündə İraqda korrupsiya, iqtisadi vəziyyət və məişət xidmətlərinin zəif göstərilməsilə bağlı keçirilən etiraz aksiyaları əsnasında Bağdadda, Ziqar və Nəcəfdə hökumət və partiya binaları yandırılıb və ictimai-iaşə obyektlərinə ziyan dəyib.

Baş verən toqquşmalarda 10 etirazçının öldüyü, 300-dən çoxunun yaralandığı deyilir.

Polis və təhlükəsizlik qüvvələri sırasında da 50-dən çox yaralının olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*