backend

Pəncşirdəki müqavimət cəbhəsi Türkiyəyə müraciət etdi

Pəncşirdəki Müqavimət Cəbhəsinin üzvləri Türkiyəni “Taliban” hökumətini tanımamağa çağırıb.

KONKRET.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, belə bir çağırış müqavimət hesablarından birində Twitter-də yerləşdirilib.

Müraciətdə “Taliban” dövründə “Əfqanıstanda qadınların ölüm təhlükəsi ilə üzləşdiyi” deyilir. Müqavimət hesab edir ki, Ankara “Taliban hökumətini tanıdığı və dəstəklədiyi halda, bu, onların cinayətlərinin ortağı olacağından xəbər verəcək”. Pəncşir bunun qarşısını almağa çağırır.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan daha əvvəl bəyan etmişdi ki, müvafiq şərtlər yaradılsa və səbəblər ortaya çıxsa, “Taliban”-la birbaşa təmaslar mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*