Penitensiar Xidmətin arxivini yandıran şəxs: “İsinmək istədim” – VİDEObackend

Penitensiar Xidmətin arxivini yandıran şəxs: "İsinmək istədim" - VİDEO

Rusiyanın Krasnodar diyarında Federal Penitensiar Xidmətin arxivini yandıran şəxs saxlanılıb.

KONKRET.azREN TV”yə istinadən xəbər verir ki, hadisə zamanı xidmətin arxivində saxlanılan 500-dən çox fayl yanıb.

Şübhəli şəxs cinayəti isinmək üçün etdiyini deyib.

“Saxlanılan şəxsin sözlərinə görə, o, şüşəni sındıraraq binaya daxil olub, isinmək üçün kağızları yandırıb, sonra isə binanı tərk edib”, – Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, binada müşahidə sistemləri və yanğın siqnalizasiyaları quraşdırılmayıb.

Şübhəli şəxsə qarşı əmlaka qəsdən ziyan vurma maddəsi ilə cinayət işi açılıb. Onu 5 ilə qədər həbs gözləyir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*