backend

Pensiya ödənişləri başa çatdı

Aprelin 8-10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR üzrə əmək pensiyalarının ödənişi aparılıb. Bu gün isə respublikanın digər şəhər və rayonları, həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyalar bank hesablarına köçürülüb.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən KONKRET.az–a bildirilib ki, pensiyaçıların yaxınları, ailə üzvləri evdən çıxmaq üçün müvafiq icazə əsasında, habelə tənhalara xidmət edən sosial xidmətçilər həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından alaraq sahiblərinə çatdıra bilərlər. Bu zaman hər hansı faiz tutulmayacaq.

“Qeyd edək ki, xüsusi karantin rejiminin tətbiqi şəraitində sosial ödənişlərin vaxtından daha əvvəl həyata keçirilməsi və bankomatlar qarşısında vətəndaş sıxlığının qarşısının alınması üçün pensiya, müavinət, təqaüd və ünvanlı yardımların ödənişi qrafikində dəyişiklik edilmişdi.

Yeni qrafikdə nəzərdə tutulan günlərdə də aprel ayının pensiyalarının ödənişi təmin olundu”, – deyə məlumatda qeyd edilib.

  • Orxan
    Aprel 24, 2020 - 13:41

    Salam . Hər vaxtınız xeyir olsun. Küçələrdə Heyvan Kəsimi Bərbad vəziyyətdədir, qonşuluğumda ət dükanları var , hər gün heyvanların səsi məhlədəki insanları narahat edir, qanı axıdılır düz küçənin ortasına, qarnınnan çıxan yerə tökülən zibilin qoxusu , bütün məhlənin sakinlərini narahat edir , bu haqda da ətraflı bir çəkiliş aparsaz , söhbət açsaz gözəl olar . Mənim araşdırmama görə , Prezident 11.06.2018 ci il tarixində 199 nömrəli sərəncamında bildirib bu məsələni . Küçələrdə qanunsuz heyvan kəsiminin qarşısını almaqı , bir başa AQTA-ya İcra qurumuna və Polisə tapşırıb. Və heyvan kəsim müəssisələridə yaradılıb artıq. Montində , Hökməli dairəsində , və güzdəkdə . Buna baxmayaraq kəsim müəssələrinə az adam yaxınlaşır.

    • Fadil Paşayev
      Aprel 24, 2020 - 15:38

      Salam! Siz zəhmət olmasa dəqiq ünvanı yazın!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*