Peşəkar Futbol Liqasında yeni təyinatbackend

Peşəkar Futbol Liqasında yeni təyinat

Peşəkar Futbol Liqasında (PFL) təsis ediləcək Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru bəlli olub.

KONKRET.az xəbər verir ki, bu barədə qurumun vitse-prezidenti Aslan Şahgəldiyev açıqlama verib.

PFL rəsmisinin sözlərinə görə, bu vəzifəyə Fərəc Hüseynov təyinat alacaq: “Kadr təyinatları zamanı öz işçilərimizdən istifadə etməyə çalışırıq. Hüseynov kifayət qədər savadlı və ixtisaslı kadrdır. Yola onunla davam edəcəyik. Xarici liqalar, Avropa Peşəkar Futbol Liqaları ilə əlaqələrimizi daha da genişləndirmək istəyirik. Bu məsələlərlə Hüseynov məşğul olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*