Pipoyandan bayraq insidentinə REAKSİYA: “Bu cür “şou proqramlara” ehtiyac yoxdur”backend

Pipoyandan bayraq insidentinə REAKSİYA: “Bu cür “şou proqramlara” ehtiyac yoxdur”

“Belə tədbirlərdə bu cür “şou proqramlara” ehtiyac yoxdur”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə  ictimai fəal Babken Pipoyan deyib. O, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılması ilə bağlı insidenti şərh edib:

“Bayrağı yandırdı. Bunun yaxşı və ya pis addım olduğunu müzakirə edərkən, mən öz fikrimi bildirəcəyəm. Belə tədbirlərdə bu cür “şou proqramlar” ümumiyyətlə lazım deyil. Kiməsə “sürpriz” etmək, kiməsə özünü göstərmək vaxtı deyil. Bunu da nəzərə almaq lazımdır”, – Pipoyan fikirlərini tamamlayıb.

Xatırladaq ki, ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində bayraqların paradı zamanı Azərbaycan üçüncü ölkə elan edilib. Azərbaycan bayrağı zala gətirildikdən sonra isə azarkeşlərdən biri səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürüb və yandıraraq zaldan çıxarıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*