Piyadanı vurub qaçan sürücü tutuldu – VİDEObackend

Piyadanı vurub qaçan sürücü tutuldu - VİDEO

Lənkəranda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

KONKRET.az-ın məlumatına görə, DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hadisə iyunun 6-da saat 23 radələrində Lənkəran rayonunun Vilvan kəndi ərazisində baş verib. Müəyyən edilməmiş avtomobillə həmin kəndin sakini piyada Hüseyn Əliyev vurulub və nəticədə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Lənkəran ŞRPŞ-nin keçirdiyi tədbirlərlə hadisəsini törədərək qaçmış “Khazar” markalı avtomobilin sürücüsü, Murad Abdullazadə müəyyən edilərək istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*