Podolyak: “İran Avropaya qarşı təcavüzün ortağıdır və bu rəsmi olaraq belə tanınmalıdır”backend

Podolyak: "İran Avropaya qarşı təcavüzün ortağıdır və bu rəsmi olaraq belə tanınmalıdır"

Ukraynaya qarşı müharibədə istifadə üçün Rusiyaya pilotsuz təyyarələr və raketlər ötürən İran Avropaya hücumda şərikdir. Bu məsələ rəsmi səviyyədə belə tanınmalıdır.

KONKRET.az xəbər verir ki, bu barədə “Twitter” sosial şəbəkəsində Ukrayna Prezident aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak yazıb.

“İran raketlərini Rusiya Federasiyasına ötürəndə, onların şəhərlərimizə qarşı istifadə olunacağını çox yaxşı bilirdi. İran ruslara dronları idarə etməyi öyrədəndə bilirdi ki, onlar Ukrayna enerjisinə hücum edəcək.  Bütün bunlar həm də Avropanı yeni qaçqın dalğaları ilə üz-üzə qoyacaq. Beləliklə, Tehran Avropaya qarşı təcavüzün ortağıdır və bu rəsmi olaraq belə tanınmalıdır”- Podolyak yazıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*