Pakistanın Hayber-Paxtunxva əyalətinin Dadivala rayonunda patrul xidməti aparan polis maşınına silahlı hücum edilib.
KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, motosikletli silahlıların hücumu nəticəsində 6 polis həlak olub.
Məlumata görə, təhlükəsizlik qüvvələri cinayətkarların tutulması üçün əməliyyata başlayıb.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

İqbal Rzayev,
KONKRET.az
