Polisin öldüyü qəza ilə bağlı rəsmi məlumat yayıldı – FOTOLARbackend

Polisin öldüyü qəza ilə bağlı rəsmi məlumat yayıldı - FOTOLAR

Fövqəladə Hallar Nazirliyi Samux rayonunun Çobanabdallı kəndində “Mercedes” markalı minik avtomobili və “NEW Holland TC-5050” markalı kombayn toqquşması barədə məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Samux rayonunun Çobanabdallı kəndində “Mercedes” markalı minik avtomobili və “NEW Holland TC-5050” markalı kombayn toqquşub. Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1998-ci il təvəllüdlü polis əməkdaşı, leytenant Çağırqanov Elnur Vahid oğlunun və 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*