Polşa ABŞ-dən “F-16” qırıcılarında istifadə edilən 200-dən çox “AIM-9X Sidewinder” qısa mənzilli raketlər alır.
KONKRET.az xəbər verir ki, bu raketlərə görə Polşa qarşı tərəfə 175 milyon dollar ödəyəcək. Polşa Müdafiə Nazirliyinin rəsmisi Pavel Beyda məlumatı təsdiq edib: “Konqresin təsdiqini aldıqdan səkkiz ay sonra biz Polşanın döyüş təyyarələri üçün 232 ədəd “AIM-9X” raketinin alınmasını başa çatdırdıq.Artıq müqavilə imzalandı”.
Beyda əlavə edib ki, raketlər Polşaya 2028-ci ildən tədarük ediləcək: “Raketlərdən əlavə, müqaviləyə əlavə elementlər, o cümlədən ehtiyat hissələri, logistika və təlim paketləri daxildir”.
Vəli Həsənoğlu,
KONKRET.az