“Polşa ərazisinə qırıcılarımız düşməyib” – Rusiya Müdafiə Nazirliyibackend

“Polşa ərazisinə qırıcılarımız düşməyib” – Rusiya Müdafiə Nazirliyi

Polşa mətbuatının və rəsmilərinin Pşevoduv yaşayış məntəqəsi ərazisinə Rusiya raketlərinin guya düşməsi ilə bağlı bəyanatları vəziyyəti gərginləşdirmək üçün qəsdən törədilmiş təxribatdır.

KONKRET.az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, Rusiya məhvetmə vasitələri ilə Ukrayna-Polşa dövlət sərhədi yaxınlığındakı hədəflərə heç bir zərbə endirməyib.

“Polşa mediasının Pşevoduv kəndindəki hadisə yerindən qaynar təqiblə dərc etdiyi fraqmentlərin Rusiyanın silahları ilə heç bir əlaqəsi yoxdur”, deyə Rusiya MN-nin bəyanatında vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*