Polşa NATO Şurasının çağırılmasını TƏLƏB ETDİbackend

Polşa NATO Şurasının çağırılmasını TƏLƏB ETDİ

Polşa NATO Şurasının çağırılması təşəbbüsü ilə çıxış edib.

KONKRET.az xəbər verir ki, bu barədə Macarıstan Xarici İşlər Nazirliyindən bildirilib.  Məlumata görə,  Polşa əsas müqavilənin 4-cü maddəsinə uyğun olaraq NATO Şurasının çağırılmasını istəyib.

Vaşinqton Müqaviləsinin 4-cü maddəsi NATO cavab sistemində sondan əvvəlki mərhələdir. Ona görə, alyansın üzvü olan ölkələrdən biri onun təhdid edildiyini hesab edərsə, onun çərçivəsində təhlükəsizliklə bağlı məsləhətləşmələr aparmaq lazımdır.

Bundan sonra Vaşinqton müqaviləsinin 5-ci maddəsinə təşəbbüs göstərmək olar – bu zaman dövlət ona hərbi hücumun edildiyinə inanır və alyans kollektiv hərbi cavab verməlidir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*