Polşa ordusu Belarusla sərhəddə aktivləşdibackend

Polşa ordusu Belarusla sərhəddə aktivləşdi

“Polşa qoşunlarının Belarusla sərhədi qorumaq üçün “Təhlükəsiz Podlasie” kod adlı əməliyyatı avqustun 1-dən başlayacaq. Onun məqsədi sərhədçilərə Polşa-Belarus sərhədində patrul xidmətində kömək etməkdir. Əsgərlər qeyri-qanuni sərhəd keçidlərinə qarşı mübarizə aparacaqlar”.

KONKRET.az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış hərbçilərlə görüşündə deyib.

Manevrlərin keçirilməsinə Polşa Silahlı Qüvvələrinin 18-ci Mexanikləşdirilmiş Diviziyası cavabdeh olacaq. General Arkadiuş Szkutnik komandir təyin edilib. Hərbi kontingent 17 minə qədər əsgər və zabitdən ibarət olacaq. Eyni zamanda 8 min hərbçi sərhəddə, 9 mini isə ehtiyatda olacaq. “Biz dəyişikliklər etmək və “Təhlükəsiz Podlasie” kod adlı yeni əməliyyata başlamaq üçün buradayıq”, – deyə nazir bildirib.

Polşa mətbuatının Polşanın əməliyyat komandanlığına istinadən verdiyi məlumata görə, yeni əməliyyat ölkənin daxili təhlükəsizliyinə problem yaradan şərqdən qeyri-qanuni miqrasiyaya cavab olacaq.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*