Polşa Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr havaya qaldırılıb.
KONKRET.az xəbər verir ki, təyyarələr Polşa-Ukrayna sərhədində patrol uçuşları həyata keçirir.
NATO-ya məxsus pilotsuz uçuş aparatları da Polşa-Ukrayna sərhədində uçuşlar edir.
Qeyd edək ki, Rusiya bu gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisi Polşa ərazisinə düşüb. Hadisə nəticəsində mülki şəxslərin həlak olduğu bildirilir. Polşa hökuməti hadisədən sonra təcili iclas çağırıb.
