Polşadan Rusiyaya qarşı NATO çağırışı – Moskva dərhal cavab verdibackend

Polşadan Rusiyaya qarşı NATO çağırışı – Moskva dərhal cavab verdi

Rusiya Kalininqrad vilayətinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür.

KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya”ya açıqlamasında bildirib.

Peskov bu açıqlamanı Polşanın xarici işlər naziri Radek Sikorskinin Kalininqrad vilayəti yaxınlığında NATO-nun hərbi təlimlərini gücləndirmək çağırışını şərh edərkən verib.

Kremlin sözçüsü Rusiyanın regionun təhlükəsizliyinin təmin olunması üçün bütün zəruri addımları atdığını deyib.

Sikorski isə NATO-nun Kalininqrad istiqamətində hərbi təlimlərinin intensivləşdirilməsini təklif edib.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*