Pompeo: “Trampın impiçment məsələsinə görə ifadə versəm, xoşbəxt olaram”backend

Pompeo: “Trampın impiçment məsələsinə görə ifadə versəm, xoşbəxt olaram”

ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, ABŞ prezidenti Donald Trampın impiçment proseduru çərçivəsində Konqresdə ifadə verməyə hələ də hazırdır.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı TASS Dövlət Departamentinin mətbuat xidmətinə istinadən yayıb.

“İfadə verməyim üçün əgər qanun tələb edəcəksə, əvvəllər dediyim kimi, bundan xoşbəxt olacağam”, — deyə Dövlət katibi Yamayka Baş naziri Endryu Houlness ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

Daha əvvəl ABŞ Senatı Konqresin yuxarı palatasına impiçment prosedurunu sürətləndirilmiş rejimdə aparmağa imkan verən qətnaməni təsdiqləyib.

ABŞ-da anonim məlumatçı Trampın Ukrayna lideri Vladimir Zelenskiyə keçmiş vitse-prezident Co Baydenin oğlu Hunter Baydeni maddi və hərbi yardım qarşılığında istintaq etməsinə inandırmaq üçün təzyiq göstərməsindən sonra qalmaqal yaşanıb.

2019-cu ilin dekabrında Nümayəndələr Palatası Trampı iki bənd üzrə (səlahiyyətlərin aşması və Senatın işinə mane törətmək) ittiham edərək impiçment məsələsini ortaya atıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*