Prezident etiraz edən tələbələrə səsləndi: “Hazıram”backend

Prezident etiraz edən tələbələrə səsləndi: "Hazıram"

Serbiya Prezidenti Aleksandar Vuçiç küçə etirazı iştirakçılarının bütün tələblərini yerinə yetirməyə hazır olduğunu açıqlayıb.

KONKRET.az xəbər verir ki, prezident aksiya keçirən tələbələri dialoqa çağırıb.

“Mən sizi digər səlahiyyətli qurumlar və akademik ictimaiyyətin nümayəndələri ilə birlikdə mövcud vəziyyətin həllini tapacağımız dialoqa başlamağa çağırıram”, – deyə Vuçiç vurğulayıb.

Xatırladaq ki, 2024-cü ilin noyabr ayından Serbiyada tələbələr və müxalifət tərəfindən hökumət əleyhinə etirazlar keçirilir. Etirazların əsas səbəbi Novi Sad dəmir yolu vağzalında 2024-cü il noyabrın 1-də baş vermiş faciədir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*