Ağır qəza baş verdi – Ölən varbackend

Ağır qəza baş verdi - Ölən var

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Şabran-Xaçmaz avtomobil yolunun Mehrəliqışlaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Xaçmaz rayon sakini, 1957-cı il təvəllüdlü İsmayılov Zakir Məlikməmməd oğlunu yolu keçmək istəyərkən “VAZ-2106” markalı minik avtomobili vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.\\report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*