Prezident şəhid polkovnik-leytenant Raquf Orucovun xanımını TƏLTİF ETDİbackend

Prezident şəhid polkovnik-leytenant Raquf Orucovun xanımını TƏLTİF ETDİ

Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup xanımı “Tərəqqi” medalı ilə təltif edib.

KONKRET.az-ın məlumatına görə, təltif olunanlar arasında Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Alızadə də var.

Qeyd edək ki, S.Alızadə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədridir. O, eyni zamanda Vəkillər Kollegiyasının üzvüdür.

Raquf Orucovla Sevinc Alızadənin 2 övladı var.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*