Priqojinin qəbirüstü abidəsi ucaldıldıbackend

Priqojinin qəbirüstü abidəsi ucaldıldı

Sankt-Peterburqun Poroxovskoye qəbiristanlığında “Vaqner” Özəl Hərbi Şirkətinin yaradıcısı Yevgeni Priqojinin qəbirüstü abidəsi ucaldılıb.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, bir gün öncə qurulmuş abidənin üzərində mərhumun adı, doğum və ölüm tarixləri, “Vaqner” rəmzi, «Qan. Şərəf. Ədalət. Vətən. Cəsarət» sözləri həkk edilib.

Priqojinin abidəsindəki gödəkçənin sol tərəfində onun 3 Qəhrəman ulduzu təsvir olunub. “Nensi” şirkətinin hazırladığı abidənin qiyməti 9-10 milyon rubldır.

Abidənin iyunun 1-də – Priqojinin doğum günündə rəsmi açılışı gözlənilir.

Qeyd edək ki ötən ilin dekabrında Priqojinin ofisinin yerləşdiyi “Keyzerlinq” binasının divarında memorial lövhə asılıb. Bu lövhənin qurulmasının şəhər administrasiyası ilə razılaşdırılmadığı vurğulanıb.

Priqojinin göyərtəsində olduğu “Embraer-135” təyyarəsi 2023-cü il avqustun 23-də qəzaya uğrayıb. Aviaqəza “Vaqner”in qaldırdığı qiyamdan iki ay sonra baş verib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*