“NATO-ya daxil olmaq üçün Ukraynaya konkret bir yol göstərmək lazımdır”.
KONKRET.az xəbər verir ki, bunu Polşa Prezident Aparatının Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç Polska jurnalına müsahibəsində bildirib.
O dəqiqləşdirib ki, rəsmi Kiyev də İsveç və Finlandiya üçün əvvəllər müəyyən edilmiş yolla getməlidir.
“Ukraynanın Şimali Atlantika Alyansına üzv olması üçün düzgün şərait lazımdır. Biz Kiyevin alyansa qoşulmasının tərəfdarıyıq”, – deyə Pşidaç bildirib.
Siyasi şərhçilər İsveç və Finlandiyanın hansı yolla getdiyi ilə bağlı suallara aydınlıq gətirmək istəyirlər.
Görünür, düzgün şərait dedkdə Ukranyanın ərazi bütövlüyünün bərpası və Rusiya üzərində tam qələbəsi nəzərdə tutulur.
Natiq Səlim,
KONKRET.az
