“Donetsk Xalq Respublikası”nın (DXR) rəhbəri Denis Puşilin Qroznıda Çeçenistan lideri Ramzan Kadırova “DXR Qəhrəmanı” ulduzunu təqdim edib.
KONKRET.az “TASS”a istinadən xəbər verir ki, o, həmçinin Mariupolun azad edilməsinə görə medalla təltif edilib.
Bundan əlavə, Çeçenistan parlamentinin sədri Maqomed Daudov “DXR”in Dostluq ordeni ilə təltif edilib.
Qeyd edək ki, oktyabrın 3-də Puşilin Donetskdə Çeçenistan nümayəndələri ilə görüşdə Kadırovun “DXR Qəhrəmanı” ulduzu ilə təltif olunduğunu elan edib.
İqbal Rzayev,
KONKRET.az
