Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Dağlıq Qarabağdakı münaqişə ilə bağlı danışıqlar aparmaq üçün hələ dəqiq planı yoxdur.
KONKRET.az-ın xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən yayıb.
“Lazım hesab edilərsə, şübhəsiz ki, prezident Putin, əlbətdə ki, bu mövzunu həmkarları ilə müzakirə edəcək” deyib.
Bu həftə bu cür danışıqların gözlənilə biləcəyi ilə bağlı suala Peskov “Hələlik belə plan yoxdur” cavabını verib.
“Ancaq bilirsiniz ki, söhbət müharibədən gedir. Əlbəttə ki, orada (Qarabağ nəzərdə tutulur) vəziyyət sürətlə inkişaf edir, ona görə də təxmin etmək çətindir. Şəraitin necə inkişaf etdiyinə görə müəyyən bir dialoqa ehtiyac formalaşacaq” deyə Kremlin sözçüsü yekunlaşdırıb.
Babək Göyüş