“Putin də, Paşinyan da durumdan narahatdır” – Peskovdan telefon zənginin DETALLARIbackend

"Putin də, Paşinyan da durumdan narahatdır" - Peskovdan telefon zənginin DETALLARI

Ermənistan Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə əlaqədar Rusiya Prezidenti Vladimir Putindən kömək istəməyib.

KONKRET.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr, Paşinyan kömək istəməyib. O, sərhəddəki vəziyyətdən narahat olduğunu dedi. Bu narahatlığı Putin də paylaşdı. Prezident Putin üçtərəfli razılaşmanın bütün müddəalarına, xüsusilə atəşkəsə riayət olunmasının vacibliyini vurğulayıb”, – Peskov deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*