Rusiya Prezidenti Vladimir Putin “Vesti” informasiya sisteminin müxbiri Pavel Zarubinə müsahibəsində Qərb və Kiyev tərəfindən irəli sürülən təkliflərin qəbuledilməz olduğunu bildirib. O qeyd edib ki, onlara çatdırılan təşəbbüslər ekzotik xarakter daşıyır və reallıqdan uzaqdır, lakin Rusiya yerdəki gerçəkliklərlə əsaslandırılan istənilən müzakirəyə hazırdır.
KONKRET.az xəbər verir ki, Rusiya lideri Ukraynadakı hərbi obyektlərə edilən zərbələrin Kiyevin hərbi-sənaye kompleksinin silahlanmanı təkmilləşdirmək imkanlarını pozduğunu və bunun döyüş əməliyyatlarına birbaşa müsbət təsir göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti və Qərb havadarları Rusiya üzərində heç vaxt üstünlük əldə etməyiblər və əldə də etməyəcəklər.
Putin Kiyevin mülki obyektlərə zərbələr endirməklə “Pandora qutusu” açdığını, cavab tədbirlərinin isə daha həssas və dağıdıcı olduğunu qeyd edib. O, həmçinin rəqiblərin Rusiyanı parçalamaq xülyasından əl çəkmədiyini, lakin ölkəsinin iqtisadi və hərbi baxımdan bütün təzyiqlərə sinə gəldiyini diqqətə çatdırıb.\\nocomment.az
