“Putin Hitler və Stalindən daha təhlükəlidir” – Baş nazirbackend

"Putin Hitler və Stalindən daha təhlükəlidir" - Baş nazir

Polşanın baş naziri bu gün “Rusiya tiranının dəhşətli ideologiyasını məhv etmək” çağırışı edərkən Vladimir Putinin Hitler və ya Stalindən daha təhlükəli olduğunu söyləyib.

KONKRET.az “DailyMail”ə istinadən xəbər verir ki, Mateusz Moraviecki sosial şəbəkə hesabında: “Putinin 20-ci əsr diktatorlarından daha çox ölümcül silahları var (çox güman ki, Putinin nüvə arsenalını nəzərdə tutur) və əlavə edib ki, o, ideoloji təbliğatını yaymaq üçün dövrün ən sürətli təbliğat vasitəsi olan internetdən istifadə edir ki, bu da onun sələflərindən fərqli olaraq əldə etdiyi texnoloji üstünlükdür”, – deyə qeyd edib.

“Putinin “Russkiy mir” (Rus dünyası) ideologiyası 20-ci əsr kommunizmi və nasizminin ekvivalentidir. Bu, Rusiyanın öz ölkəsi üçün uydurulmuş hüquq və imtiyazlara haqq qazandırdığı bir ideologiyadır”, – deyə o yazır. Polşa baş nazirinin sözlərinə görə, bu ideologiya təkcə Ukrayna üçün deyil, bütün Avropa üçün təhlükə yaradır və “kökü tamamilə kəsilməlidir”.

Cənab Moraviecki Putinin Bazar ertəsi Qələbə Günü çıxışına işarə edib: “Rusiya lideri İkinci Dünya Müharibəsinin başa çatması münasibətilə keçirilən paradda çıxış etdi. Parad zamanı ballistik raketlər və tanklar kremil divarları arasında gurultu ilə keçəndən sonra Putin ruslara deyib ki, onlar yenə də “nasistlərlə” mübarizə aparırlar. Bu, Kremlin Rusiyanın Ukraynaya təcavüzünə haqq qazandırmaq üçün ümumi təbliğat xəttidir: “Siz Vətən uğrunda, onun gələcəyi üçün vuruşursunuz ki, İkinci Dünya Müharibəsinin dərslərini heç kim unutmasın. Beləliklə, dünyada cəlladlara, insanlara işgəncə edənlərə və nasistlərə yer qalmasın”,- deyə Putin bildirib.

Cənab Moraviecki: “Putin bir daha dünyaya Rusiyanın nasizm üzərində qələbəsinin mifologiyasını təqdim etdi. Lakin müharibədən sonra bir çox Şərqi Avropa ölkələrinə Sovet İttifaqının onilliklər ərzində gətirdiyi bəlalar barədə bir kəlmə də demədi”.

Onun sözlərinə görə, indi Putin Rusiya imperializminin yeni dövrünü açıb və “Ukraynaya qarşı təcavüzü “ölkəni sıxlaşdırmaq” əməliyyatı kimi təsvir edən” təbliğat aparır. O, Qərbi Putinin “XX əsr kommunizmi və nasizmi”nə bənzər ideologiyaları inkişaf etdirməsinə icazə verən artan təhlükəyə məhəl qoymamaqda ittiham edib.//Bizimyol.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*