Putin Krımdakı partlayışla bağlı xüsusi komissiya yaratdı – VİDEObackend

Putin Krımdakı partlayışla bağlı xüsusi komissiya yaratdı - VİDEO

Rusiya Prezidenti Vladimir Putin Krım körpüsündə baş vermiş fövqəladə vəziyyətlə bağlı hökumət komissiyasının yaradılması barədə göstəriş verib.

KONKRET.az Kommersant”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Krım körpüsündə baş vermiş fövqəladə vəziyyətlə əlaqədar Vladimir Putin Baş nazir Mixail Mişustinlə yanaşı, Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin, hüquq-mühafizə orqanlarının hesabatlarını dinləyib.

Bildirilib ki, Gennadi Savelyev və Aleksandr Kurenkov hadisə yerinə gediblər.

Qeyd edək ki, Krım körpüsündə baş verən partlayışlar nəticəsində yol yatağının iki aşırımı uçub. Milli Antiterror Komitəsi yük maşınının partladıldığını açıqlayıb. Bundan əvvəl sosial şəbəkədə çənləri daşıyan teplovozun yanan fotoları yayılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*