“Mariupol qədim rus şəhəridir, orada işləmək üçün nəsə var”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada Minin və Pojarskinin abidəsi önünə gülqoyma mərasimi zamanı deyib.
“DXR” səlahiyyətliləri əvvəllər Mariupolun tam bərpasının 3-5 il çəkəcəyini bildiriblər.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, noyabrın 3-nə keçən gecə döyüşlər zamanı ən çox zərər çəkmiş Mariupol şəhəri də daxil olmaqla, Donbasın bərpasını müzakirə edib. O, Mariupolu qədim rus şəhəri adlandırıb.
“Mariupol çox məşhur, qədim Rusiya şəhəridir. I Pyotr, bildiyiniz kimi, orada ilk hərbi flotiliyasını qurdu, ilk qələbələri qazandı. Sonra Suvorov çöl yürüşlərini etdi və İkinci Yekaterina bu torpaqları qurdu. Bura çox maraqlı yerdir. Təbii ki, orada işləmək üçün nəsə var”, – Putin deyib.
Xuraman Etibarlı,
KONKRET.az
