Putin öldürülən jurnalistə “İgidliyə görə” ordeni veribbackend

Putin öldürülən jurnalistə “İgidliyə görə” ordeni verib

Rusiya prezidenti Vladimir Putin “Rossiya-24” telekanalının jurnalisti Boris Maksudovun ölümündən sonra “İgidlik” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.

KONKRET.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.

Məlumata görə, jurnalist noyabrın 22-də Zaporojye vilayətində Ukraynaya məxsus pilotsuz təyyarənin hücumu nəticəsində yaralanıb. Noyabrın 23-də səhər saatlarında onun öldüyü bildirilir.

Qeyd edək ki, Maksudov dəfələrlə qaynar nöqtələrdən və xüsusi hərbi əməliyyat zonasından reportajlar hazırlayıb. O, son bir aydır Zaporojye vilayətində olub, cəbhə xəttində baş verənləri işıqlandırıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*