Prezident Vladimir Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.
KONKRET.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.
Dövlət başçısı qeyd edib ki, müsəlman icması Rusiyanın həyatında fəal iştirak edir, irimiqyaslı, o cümlədən xeyriyyə və maarifləndirici təşəbbüslərin həyata keçirilməsinə, gənc vətəndaşların əcdadlarının “ənənə və adətlərə hörmətlə yanaşılmasına” xüsusi diqqət yetirir.
Təbrik teleqramında deyilir: “Qədim İslam ziyarətgahlarının ziyarətinin başa çatdığını bildirən Qurban bayramı dərin mənəvi-əxlaqi məna daşıyır, insanları birləşdirməyə, əbədi sevgi, xeyirxahlıq və mərhəmət dəyərlərinin qorunub saxlanmasına xidmət edir”.
Prezident, həmçinin Rusiya müsəlmanlarına cansağlığı, uğurlar, xoşbəxtlik və firavanlıq arzulayıb.
Roman Göytürk,
KONKRET.az
