Putin Şoyquya yeni vəzifə verdibackend

Putin Şoyquya yeni vəzifə verdi

Rusiya Təhlükəsizlik Şurasının katibi, keçmiş müdafiə naziri Sergey Şoyqu müdafiə sənayesinin inkişafı üzrə işlərin koordinatoru təyin edilib.

KONKRET.az xəbər verir ki, Şoyqu yeni vəzifəsində bir çox məsələlərə sorumlu olacaq.

Belə ki, vəzifəyə təyin edildiy ilk gün, prezident Vladimir Putin ondan ən populyar silah növlərinin həcminin müəyyən edilməsini tələb edib.

“İstehsalın rentabelliyini nəzərə almalıyıq, Müdafiə Nazirliyinin müvafiq avadanlıq almasını təmin etməliyik – bizə bütün bu işlərin müstəqil koordinatoru lazımdır. Bu koordinator Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu olacaq”, – deyə prezident bildirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*