Rusiyanın dövlət başçısı ölkənin bir sıra nazirliklərinin “Taliban” hərəkatını terrorçu təşkilatlar siyahısından çıxarmaq təklifini şərh etməyib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, Kreml sahibi yalnız onu qeyd edib ki, Əfqanıstanla hansısa yolla əlaqələr qurmaq lazımdır.
“Biz onu bir şəkildə qurmalıyıq. Onlar ölkəni idarə edən insanlardır. Biz reallıqdan çıxış etməliyik”, – deyə Putin əlavə edib.
Xatirə SADİQ,
KONKRET.az
