Kremlin sözçüsü Dmitri Peskov Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla telefon danışığı apardığını təsdiqləyib.
KONKRET.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.
Məlumata görə, Rusiya lideri Trampı Moskvaya dəvət edib.
“Danışıqlar zamanı Yaxın Şərqin nizamlanması, İranın nüvə proqramı, eləcə də iqtisadi sahədə Rusiya-Amerika ikitərəfli münasibətləri müzakirə edilib”, – deyə Putinin sözçüsü bildirib.
Peskovun sözlərinə görə, Donald Tramp Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılmasının və dinc həll yolunun tapılmasının vacibliyini vurğulayıb.
Vladimir Putin isə münaqişənin səbəblərinin aradan qaldırılmasının və danışıqlar yolu ilə uzunmüddətli həllin vacibliyini qeyd edib.
Aysu İbrahimova,
KONKRET.az