Putin TŞ-nin iclasında Dağlıq Qarabağı MÜZAKİRƏ ETDİbackend

Putin TŞ-nin iclasında Dağlıq Qarabağı MÜZAKİRƏ ETDİ

Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsi keçirilib.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, iclasda Dağlıq Qarabağdakı yaşayış məntəqəsi ətrafında vəziyyət müzakirə edilib.

“Biz sizinlə bu gün Dağlıq Qarabağ nizamlanması ətrafındakı vəziyyəti müzakirə edəcəyik. Sülhməramlılarımızın, Fövqəladə Hallar Nazirliyimizin, sərhədçilərimizin necə işləməsi barədə sizin qiymətləndirmələrinizi və beynəlxalq təşkilatlarla, xarici tərəfdaşlarımızla bu istiqamətdə əməkdaşlığın necə getdiyini eşitmək istəyərdim”, – deyə Putin bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*