Rusiya Prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenko mayın 28-də Astanada keçirilən tədbirlər çərçivəsində bir neçə dəfə görüşərək qısa fikir mübadiləsi aparıblar.
KONKRET.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Peskovun sözlərinə görə, tərəflər Ermənistan ətrafındakı vəziyyət barədə də qısa danışıq aparıblar.
“Putin və Lukaşenko dünən tədbirlər çərçivəsində bir neçə dəfə söhbət ediblər. Ermənistanla bağlı qısa fikir mübadiləsi olub. Lakin məzmunlu, geniş müzakirə aparılmayıb, sadəcə vaxt olmayıb”, – deyə Kremlin sözçüsü qeyd edib.
Müşviq Tofiqoğlu
KONKRET.az
