“Səhər saatlarında Ukrayna obyektlərinə kütləvi zərbələr endirilib”.
KONKRET.az TASS–a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə deyib.
Onun sözlərinə görə, səhər saatlarında Ukraynanın enerji infrastrukturuna, hərbi komandanlığına və rabitə vasitələrinə yüksək dəqiqlikli silahlarla kütləvi zərbələr endirilib.
Putin bildirib ki, Kiyevin Rusiya ərazisinə hücumları davam edərsə, cavabları sərt olacaq.
O, Rusiya müdafiə nazirindən Ukraynadakı hədəflərə endirilən zərbənin nəticələri ilə bağlı Təhlükəsizlik Şurasına hesabat verməsini istəyib.
İqbal Rzayev,
KONKRET.az
