Putindən Paşinyana tələb: “Status” məsələsini qaldırma”backend

Putindən Paşinyana tələb: “Status” məsələsini qaldırma"

Rusiya prezidenti Vladimir Putin və erməni baş nazir Nikol Paşinyanın görüşündə əsas məqam ehtimallardan başqadır. Burada vacib məqam odur ki, qarşıdakı dövrdə Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı gözlənilən ehtimallar daha da güclənir. Xarici işlər nazirləri səviyyəsində Nyu-Yorkda görüş oldu, növbəti görüşün keçirilməsi də gözlənilir. XİN rəhbərləri arasında görüşlərin ardınca, adətən dövlət başçıları səviyəsində görüşlər baş tutur.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev və Nikol Paşinyan belə bir görüşün keçirilməsinə hazır olduqlarını bildiriblər: “Belə bir vəziyyətdə Paşinyan Moskvada Putindən müəyyən məsələlər üzrə istiqamətlər alıb. V.Putin ona 10 noyabr və 11 yanvar razılaşmalarında nəzərdə tutulan məsələlərlə bağlı real addımlar atmağı tapşırıb. Çünki həmin sənəddə Rusiya prezidentinin də imzası var. Rusiya maraqlıdır ki, imza atdığı sənədlərin reallaşmasına nail olsun”.

Millət vəkili hesab edir ki, Paşinyan-Putin görüşündə əsas detal Azərbaycanla danışıqlarda “status” məsələsinin qaldırılmamasıdır: “Əgər bu məsələ yenidən səslənsə, ümumiyyətlə artıq danışıqlardan imtina oluna bilər. Azərbaycan bundan sonra daha danışıqlara tərəfdar olmayacaq. Çünki ölkə rəhbəri bununla bağlı mövqeyini ifadə edib. Tələb olunan da odur ki, Paşinyan heç bir halda “status” məsələsini qaldırmamalıdır”.

Elman Nəsirova görə, söhbət ancaq iki dövlət arasında mümkün etimad mühitinin yaradılmasından gedə bilər: “Kommunikasiyaların açılması, minalanmış ərazilərin xəritələrinin təqdim olunması və böyük sülh sazişinin imzalanmasına aparacaq digər addımlarla bağlı müzakirələr aparıla bilər”./teleqraf/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*