Putinin Çinə dövlət səfəri başladıbackend

Putinin Çinə dövlət səfəri başladı

Rusiya Prezidenti Vladimir Putin iki günlük rəsmi dövlət səfəri çərçivəsində Çin Xalq Respublikasına gedib. Rusiya dövlət başçısının təyyarəsi artıq Pekin paytaxt hava limanına eniş edib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı (“RİA Novosti”) məlumat yayıb.

Səfərin əsas işgüzar və rəsmi hissəsi mayın 20-nə təyin olunub. Proqrama əsasən, Vladimir Putin ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında əvvəlcə məhdud tərkibdə təkbətək danışıqlar aparılacaq. Bunun ardınca isə hər iki ölkənin rəsmi nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşün keçirilməsi planlaşdırılır. Səfər çərçivəsində tərəflər arasında strateji tərəfdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağı gözlənilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*