Cənubi Koreya Ukraynaya silah tədarükü məsələsinə yenidən baxacaq.
KONKRET.az Yonhap agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin administrasiyası məlumat yayıb.
Nəşrin məlumatına görə, bu bəyanat Rusiya Federasiyası ilə KXDR arasında strateji tərəfdaşlıq haqqında sazişin bu yaxınlarda bağlanması fonunda verilib.
Qeyd edək ki, əvvəllər Cənubi Koreya Ukraynaya humanitar yardım göstərib və qeyri-öldürücü hərbi təyinatlı əşyalar tədarük edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
