backend

Qadınlarda orta yaş böhranı nədir?

“40 yaş yubileyimi gözyaşları içində keçirdim, daxildə kədər və ümüdsizlik hisslərinə qapılmışdım, ürəyim isə yeni hisslər axtarışında idi. Mənə elə gəlirdi ki, hər şeyə yekun vurmaq üçün sürətlə 40 yaşın yaxınlaşması güclü bir dəlildi və yaşın üstünə yaş gəlməsi 50 yaşın yaxınlaşması məni vahiməyə salırdı”.

“Adekvat cavablar tapmaq əvəzinə həyatda heç nəyə nail olmamışam, heç bir şeyi çatdırıb vaxtında görə bilməmişəm və heç kimə lazım deyiləm kimi fikirlərlə özümü tükədirdim. Lakin ümidlərim məni xilas elədi. Lakin bir anlıq düşündüm ki, mən tək deyiləm, orta yaş böhranı gözəl cinsin nümayəndələrinin əksəriyyətini öz əhatəsinə salıb. Bu keçici depressiyanın öhdəsindən digərləri gələ bilirsə, deməli, mən də bu acınacaqlı dövrü yaşayıb ötürmək şansım var”.

Bu, orta yaş böhranı keçirən qadınların ümumi fikirləridir.

Qadınlarda orta yaş böhranı nədir? Bu barədə aşağıdakı tövsiyə və müzakirələri öhdənizə buraxırıq.

Məzmun

Orta yaş böhranı insanın daxili hisslərinə görə dəyişkən xarici əlamətlərilə görünməz olan və zamanla çox uzadılan təkcə şərti tezis deyil.

Bəziləri üçün heç bir çətinlikləri olmayan bu mərhələ daha mülayim formada keçir. Elə qadınlar var ki, 30 yaşında emosiyaları pik nöqtəyə çatır, digərləri isə 40 yaşında “həyat böhran”ının tələblərilə qarşı-qarşıya dururlar.
Psixoloqların fikrincə, əksər qadınlarda depressiv dönüş nöqtəsi 30 ilə 40 yaş arasında olur. Əsas məsələ ondadır ki, bu krizis öz mənfi yorucu əlamətlərini göstərməyə başlayanda öz daxili vəziyyətinizi görməzlikdən gəlməlisiniz və cəsarətlə problemi həll etməkdən çəkinməyəsiniz. Nigaranlıqdan qaçmayıb, qeyri-adi, normadan fərqli olan vaziyyətinizi qəbul edəsiniz. Özünüzü elə göstərməlisiniz ki, sanki heç nə baş vermir və çalışıb mövcud vəziyyəti obyektiv qiymətləndirməlisiniz. Melanxolik hisslərə qapanmayaraq bütün var gücünüzlə bu böhranın öhdəsindən gəlməlisiniz.

Əksər qadınlar elə hesab edirlər ki, onlar şəxsən simptomları olduqca ağrılı olan bu xoşagəlməz hadisənin üzərindən keçib, orta yaş böhranını keçə bilərlər.
Ancaq belə bir inanc qadınların həyatında olan bu qara zolağı daha ağrısız keçirtmək üçün təhlükəli və zərərli bir illüziyadır.
Yaş böhranları – şəxsiyyət inkişafının təbii mərhələləridir. Ağrılı olsa da, belə bir  həyat dərsi keçmək insan üçün olduqca faydalıdır. Buna görə də belə çətinliklərdən çəkinməyib üzləşmək lazımdı.

Böhranın real təyinatı

Kişilərdən fərqli olaraq qadınlar bu  problemlə öncə qarşılaşır..

  1. Zərərli stereotip

Əksər belə hallar qadınlara cəmiyyət tərəfindən verilən süni rolundan irəli gəlir. Hər vasitə ilə cəmiyyət qız uşaqlarına onu yeritmək istəyir ki, qadın üçün həyatda ən vacib olan cavanlıq, təravətlilik və mükəmməl xarici görünüşdü.

30-40 yaşlarında hər yeni qırış, ağ saç çıxdıqca qadınlar öz yaşları ilə mübarizə aparmağa başlayırlar.

Bəs qadınlar böhran yaxınlaşanda nə etməlidir?

Özünəməxsus şəxsiyyətinizi qəbul etmək

  • Özünü sevmək
  • Həyatın sənə bəxş etdiyi xarici keyfiyyətləri qiymətləndirib vurğulamaq
  • Bədəninizə qulluq edib özünə baxmaq;
  • Gözəlliyini ətrafa nümayiş etdirmək
  1. Yaş həddi
    Hər bir insan 30-40 yaşına çatanda onu həyat sonsuz deyil və həyatda nəyə nail olmuşam,yaşamağımım mənası nədir yada ki düzgün yolun yolçusuyammı kimi suallar narahat etməyə başlayır.

Bir qadın 30 yaşına çatanda  gündəmdə olan ilk məsələ həyata uşaq  gətirməkdir. Qadın üçün nəslin olması ona görə həyatının mənalı keçməsinin əsas sübutudur.

Dönüş nöqtəsini nə zaman etməlisiniz:

Daha əvvəlcədən görülməyən işləra görə özünüzü günahlandırmayın;

Etdiyiniz səhvlərə  görə özünü qınamayın;

Keçmişinizi və bu gününüzü çox sərt şəkildə mühakimə etməyin;

Həyata keçməyən arzuların xəyalını qurmaq

Öz nailiyyətlərini qeyd edib nəzakətlə qiymətləndirin;

3. Xroniki stres

Zərif cinsin nümayədələri paltar yuyaraq, yemək bişirməklə, paltar ütüləməklə öz çiyinlərinə bir çox yük götürmüş olurlar.
Çalışıb qüsursuz ana obrazını yaradırıq. Uşaqlarımızı on müxtəlif məşq bölməsinə yazdırırıq.

Biz qüsursuz ana olmağa çalışırıq

Bu cüt templə nəyə nail oluruq? Çoxlu sayda xoşagəlməz halla üzləşirik: xroniki yorğunluq, yuxusuzluqdan gözaltında əmələ gələn qaralmalar, əsəb, nevroz hallar, baş və urək ağrılar və s…

Nəticə olaraq bu cur hallarla qarşılaşdıqda bütün bunlara STOP demək lazımdır. Sakitləşmək və yenidən ozünü sevməyə başlamaq lazımdır. Hər şeyi ideal edib hamını razı salmağa ehtiyac yoxdur. Fikirləşib öz qayğına qalmalısan, dincəlib, əylənib özunə sürprizlər etməlisən.

Hazırladı: Leyla ŞİRMƏMMƏDOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*