“Qanuni oğrular” koronavirusa görə özlərini təcridetmə rejiminə keçdilərbackend

“Qanuni oğrular” koronavirusa görə özlərini təcridetmə rejiminə keçdilər

Koronavirusun qlobal yayıldığına görə “qanuni oğrular” ev şəraitində özünü təcrid etmə rejiminə keçməyə məcbur olublar.

KONKRET.az xəbər verir ki, bu barədə “Praym Kraym” informasiya agentliyi məlumat yayıb.

İnformasiya Agentliyinin baş redaktoru Viktoriya Qefterin sözlərinə görə, qanuni oğrular da başqaları kimi insandırlar. Karantin rejimi hamı kimi onlara da öz təsirini göstərib.  Sərhədlərin və ictimai yerlərin bağlanması ucbatından  avtoritetlər evdə oturmağa məcbur olublar. “Oğru dünyası”nın sakinləri koronavirusa görə moratorium tətbiq etmirlər, belə vəziyyəti o qədər də dramatikləşdirmirlər.

V.Qefter qeyd edib ki, hazırda heç bir “qanuni oöru” COVID-19-a yoluxmayıb. Agentliyin rəsmisi “qanuni oğru” “Şakro Molodoy” ləqəbli Zaxariya Kalaşovun koronavirusa görə xəstəxanaya yerləşdirilməsi barədə məlumatın yalan olduğunu bildirib.

Kalaşovlar ailəsinin — “Şakro Molodoy”un həyat yoldaşı Marina Qoldberqin və onun 15 yaşlı oğulu Danielin koronavirus testinin nəticələrinin müsbət çıxaması ilə bağlı martın 22-də Telegram-kanal Mash məlumat yayıb. Məlumatda bildirilirdi ki, “qanuni oğru”nun yaxınları Moskva ətrafı qəsəbədə yerləşən malikanədə özlərini təcrid edirlər, yaxın vaxtlarda onların xəstəxanaya yerlədiriləcəyi planlaşdırılır.

Virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*