Qara dənizdən 15 trilyon dollarlıq MÜJDƏ: 100 il Türkiyəyə kifayət edəcəkbackend

Qara dənizdən 15 trilyon dollarlıq MÜJDƏ: 100 il Türkiyəyə kifayət edəcək

Türkiyəli alimlərin hazırladığı yeni üsulla Qara dənizdəki hidrogen sulfidinin səthə çıxarılması və parçalanması planlaşdırılır. Mütəxəssislərin fikrincə, Türkiyənin təxminən 100 illik enerji ehtiyacı buradan qarşılanacaq.

KONKRET.az xəbər verir ki, son zamanlar Türkiyədə ən önəmli mövzulardan biri də yeni kəşf edilən enerji ehtiyatlarıdır. Qara dənizdəki təbii qazın bu il sahilə çatacağı gözlənilir. Qazla bağlı araşdırmalar davam edərkən, bölgədəki hidrogen sulfid ehtiyatları ilə bağlı da mühüm inkişafların şahidi ola bilərik. Bu gün dünyanın ən mühüm problemlərindən biri də qalıq yanacaqlar və onların təbiətə vurduğu ziyandır. Nəticədə həm çox təmiz, həm də yüksək enerji resursları ön plana çıxır ki, bunlardan biri də Hidrogendir.

Hidrogen bütün məlum yanacaqların vahid kütləsi üçün ən yüksək enerjiyə malikdir. Rəqəmlərlə ifadə etsək, 1 kiloqram hidrogen 2,1 kq təbii qaz və ya 2,8 kq neft enerjisinə malikdir. Bununla belə, fundamental problem mövcuddur. Hidrogen təbiətdə sərbəst formada deyil, birləşmələrdə olur ki, bunların ən tanınan forması isə sudur. Suyun elektrolizi hidrogen əldə etməyin ən sadə üsulu kimi tanınsa da, bu proses baha başa gəlir.

Qaradəniz Texniki Universitetində (KTU) çalışan bir qrup alim yeni formula ilə hidrogen sulfidini digər texnikalardan daha ucuz qiymətə ayıra biləcəklərini düşünür. Patent araşdırmaları hələ də davam edən layihə haqqında məlumat verən mütəxəssislər yeni müjdələr verirlər.

Professor Teoman Ayhan Qara dənizin dünyada ən çox hidrogen sulfidin tapıldığı yer olduğunu öyrənib. Qara dənizdən başqa Kanada və Hindistanın bəzi bölgələri də hidrogen sulfidlə zəngindir. Onun sözlərinə görə, inkişaf etdirdikləri texnika ilə hidrogen sulfidini Qara dənizdə səthin 150-200 metr altına qaldıraraq parçalamağı, qalan suyu isə yenidən dənizin dibinə göndərməyi planlaşdırırlar.

Qara dənizin dərin sularında ən azı 30 milyard ton hidrogen sulfid qazının olduğu məlumdur. Bu ehtiyatın hansısa formada Türkiyə iqtisadiyyatına cəlb olunması üçün mütəxəssislər gecə-gündüz çalışırlar. Professorun sözlərinə görə, SSRİ dövründə ruslar bu mövzuda çox çalışsalar da, irəli sürdükləri düsturun həyata keçirilməsi çox baha olub. Amma indi Türkiyə hidrogen sulfidi çox ucuz istehsal edəcək.

Bedir Ünver adlı mühəndisin sözlərinə görə, hidrogen çox təmiz yanacaqdır, neftdən iki dəfə, təbii qazdan üç dəfə çox enerji istehsal edə bilir. Dünyanın, xüsusilə ABŞ və Aİ ölkələrinin hidrogenlə bağlı layihələrə yüz milyardlarla dollar ayırmasının səbəbi də budur. O, Qara dənizdə 150-200 metr dərinlikdən sonra həyatın olmadığını, dibindəki hidrogen sulfidinin tədricən yuxarı qalxdığını izah edir. Təbii ki, belə mühüm layihənin ciddi iqtisadi töhfələri olacaq. Bedir Ünver bildirib ki, araşdırmalarına görə, burada mövcud olan hidrogen sulfidin miqdarı 28-63 milyard ton aralığındadır.

Türkiyənin təxminən 100 illik enerji ehtiyacının buradan qarşılana biləcəyini söyləyən Ünver, “10 trilyon dollarlıq hidrogen və 5 trilyon dollarlıq kükürddən söhbət gedir”, – deyə vurğulayıb. O, bölgədəki enerjinin nə qədər böyük olduğuna diqqət çəkib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*