Qarabağ – 10 “iqtisadi”dən biridir, vəssalam!backend

Qarabağ – 10 “iqtisadi”dən biridir, vəssalam!

Hazırda beynəlxalq ictimaiyyətdə “Qarabağ” adı gələndə Azərbaycanın 4 (ləğv edilən rayonu da daxil etsək, 5) rayonunu birləşdirən və təəssüf ki, inzibati-siyasi ərazi vahidi kimi anlaşılan bölgəmiz təsəvvürlərdə canlanır. Halbuki belə bir inzibati-ərazi vahidi de-yure 1991-ci ildən, de-fakto isə 10 noyabrdan artıq yoxdur!

KONKRET.az xəbər verir ki, Qarabağ – yalnız iqtisadi ərazi vahidi kimi 10 bölgəmizdən biridir.

Beləliklə, ölkəmiz təsərrüfat xüsusiyyətinə görə isə 10 iqtisadi rayondan ibarətdir.

1. Abşeron iqtisadi rayonu – tərkibinə Abşeron və Xızı inzibati rayonları, Sumqayıt şəhəri daxildir.

2. Quba-Xaçmaz iqtisadi rayonu – Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən inzibati rayonlarını əhatə edir.

3. Dağlıq Şirvan iqtisadi rayonu – tərkibinə Ağsu, İsmayıllı, Qobustan və Şamaxı inzibati rayonları daxildir.

4. Şəki-Zaqatala iqtisadi rayonu – tərkibinə Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonları daxildir.

5. Aran iqtisadi rayonu – şərti iqtisadi rayondur, bura Mingəçevir də daxildir.

6. Gəncə-Qazax iqtisadi rayonu – Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan kimi şəhərləri əhatə edir.

7. Yuxarı Qarabağ iqtisadi rayonu – Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli, Əsgəran rayonlarını və Xankəndi şəhərini əhatə edir.

8. Kəlbəcər-Laçın iqtisadi rayonu – Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarını əhatə edir.

9. Lənkəran iqtisadi rayonu —rayonunun tərkibinə Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı inzibati rayonları daxildir.

10. Naxçıvan Muxtar Respublikası (MR) – Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur inzibati rayonlarını əhatə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*