“Qarabağ atı” ermənilərdə isterika yaratdıbackend

“Qarabağ atı” ermənilərdə isterika yaratdı

İspaniyanın Valensiya şəhərində istehsal etdiyi çini heykəllərlə dünyaca məşhur olan Lladro şirkəti bu dəfə “Qarabağ atı”nı satışa çıxarıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Minval” məlumat yayıb.

Şirkətin reklam bülletenində heykəlcik şəklinin yanında “Qarabağ atı Azərbaycanın mədəni irsinin və onun əyilməz ruhunun simvoludur. Rəssamlarımız bu unikal cinsin zərifliyini və gözəlliyini vurğulayaraq, onu çini heykəldə təsvir ediblər. Qədim adət-ənənələrə sadiq qalaraq, at zəngin rənglərlə bəzədilmiş naxışlı Qarabağ xalçasına bürünüb” deyilir.

Bu ifadələr isə erməniləri isterikaya salıb. Erməni mətbuatında Qarabağın guya “Ermənistanın tarixi hissəsi” olduğu, Azərbaycanın mədəni irsinin qeyd olunmasının isə “reallığa uyğun olmadığını” bildirirlər. Onlar şirkətin bəyanatını tənqid etməklə yanaşı, həm də Lladro məhsullarını boykot etməyə çağırıblar.

Qeyd edək ki, sözügedən “Qarabağ atı” çini heykəlinin qiyməti 13 min 480 manatdır./axaraz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*