“Qarabağ” azarkeşləri buna görə etiraz etdi – VİDEObackend

“Qarabağ” azarkeşləri buna görə etiraz etdi - VİDEO

Azərbaycan Kubokunun finalında keçirilən “Qarabağ” – “Zirə” (2:1) matçından sonra Ağdam klubunun “Qarabağ Ordu” fan klubu kapitan Maksim Medvedevə etiraz edib.

KONKRET.az xəbər verir ki, buna səbəb kuboku qazanan “köhlən atlar”ın futbolçularının dəstəyə görə adı çəkilən fan kluba təşəkkür etməməsi olub.

Digər fan klublarla kubok qazanmasını qeyd edən “Qarabağ”ın futbolçuları “Qarabağ Ordu”nun olduğu tribunaya getmədiyi üçün tərəfdarlar bundan narazılığını ifadə edib.

Karyerasını başa vuran Ağdam klubunun kapitanı Maksim Medvedev isə onları sakitləşdirməyə çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*