“Qarabağ Ermənistandır” deyə qışqıran adam bu gün deyir ki, Qarabağ Azərbaycandır və öz problemlərini özü həll etməlidir”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Ripsime Stambulyan “Mühasirəyə alınmış Qarabağ terrorizm, beynəlxalq fəaliyyətsizlik və laqeydliyin məngənəsində” mövzusunda panel müzakirəsi zamanı deyib.
“Qarabağ təhlükə altındadırsa, Ermənistan da təhlükə altında olacaq. Bunu bir çox fiqurlar deyib. Ermənistanın da bu gün Qarabağda baş verənlərdən sığortalanmadığı göz qabağındadır.
Biz humanitar tərəfdən danışırıq, lakin Qarabağ xalqına mənəvi və psixoloji dəhşət gətirən siyasi böhrandır, növbəti cinayətdir və onu məhv etməyə yönəlib”, – deyə Stambulyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az

Qaraba Azərbaycandır