“Qarabağ“ın növbəti mərhələdə rəqibi bu iki komandadan biri olacaqbackend

“Qarabağ“ın növbəti mərhələdə rəqibi bu iki komandadan biri olacaq

“Sürix”i mübarizədən kənarlaşdıraraq (3:2, 2:2) Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksələn “Qarabağ” Avropa Liqası və Konfrans Liqasında da özü üçün müəyyən yerləri təmin edib.

KONKRET.az xəbər verir ki, Ağdam klubu ən azı UEFA Konfrans Liqasının qrupu və həmin turnirin mükafatı kimi  2,9 milyon avro avtomatik olaraq təmin edib.

Bundan başqa, “Qarabağ” ən azı UEFA Avropa Liqasının pley-off mərhələsini təmin edilb.

Həmçinin, Qurban Qurbanovun komandası Çempionlar Liqasının “pley-off”una bir mərhələ də yaxınlaşıb. Komanda ÇL-in 3-cü mərhələsində “Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.

“Qarabağ” ÇL-də 3-cü mərhələni uduzacağı halda belə, Avropa kuboklarında mübarizəni davam etdirəcək (ən pis halda Konfrans Liqasının qrupunda). Qol.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*