“Qarabağ”, sənə sözümüz yoxdur! – QƏLƏBƏ! (VİDEO)backend

“Qarabağ”, sənə sözümüz yoxdur! - QƏLƏBƏ! (VİDEO)

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun “Qarabağ” – “Ayntraxt” (Almaniya) oyununda ikinci hissə başlayıb.

KONKRET.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda davam edən matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Görüşü isveçrəli FIFA referisi Sandro Şerer idarə edir.

XXXX

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun “Qarabağ” – “Ayntraxt” (Almaniya) oyununda ikinci qol vurulub.

KONKRET.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qonaqlar hesabı bərabərləşdiriblər – 1:1.

11-ci dəqiqədə Can Uzun adını tabloya yazdırıb.

XXX

21:56

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun “Qarabağ” – “Ayntraxt” (Almaniya) oyununda hesab açılıb.

KONKRET.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri hesabda önə keçiblər.

4-cü dəqiqədə Kamilo Duran fərqlənib.

 

XXX

21:45

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun “Qarabağ” – “Ayntraxt” (Almaniya) oyunu start götürüb.

Unikal” xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Görüşü isveçrəli FIFA referisi Sandro Şerer idarə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*